Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı

Tarix: 17 Aprel 2022 12:46

Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynanın 68 hərbi obyektini, o cümlədən iki S-300 işıqlandırıcı və istiqamətləndirici lokatoru, bir Osa AKM zenit-raket kompleksini məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Onların arasında Krivaya Luka və Krasnoarmeysk vilayətlərində iki S-300 işıqlandırma və istiqamətləndirici lokator və Severodonetsk vilayətində bir Osa AKM zenit-raket kompleksi; altı raket və artilleriya silahları və yanacaq anbarı, o cümlədən Kremennaya, Krasnı Lyman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 ərazi var ", - Rusiya MN sözçüsü vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanın itkilərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ