Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Telegram”da bir sıra yeniliklər tətbiq edilib

“Telegram”da bir sıra yeniliklər tətbiq edilib

Tarix: 17 Aprel 2022 13:56

"Telegram" messencerində bir sıra yeniliklər tətbiq olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indi tətbiq istifadəçiləri bildiriş səsləri yarada, bildirişləri söndürmək və mesajları avtomatik silmək üçün taymerlər təyin edə, yadda saxlanmış orijinal mesajla cavabları yönləndirə və yeni nəsil botları inkişaf etdirib istifadə edə biləcəklər.

Artıq tətbiqin yenilənmiş versiyasında siz bildirişləri tamamilə və ya müəyyən müddətə söndürə bilərsiniz.

İstənilən çatlarda taymer parametri ilə mesajların avtomatik silinməsi funksiyası da istifadəçilər üçün əlçatan olub.

Bundan əlavə, şirkət tərtibatçıları "JavaScript"də interfeys yaratmaq üçün yeni alətlər təqdim edib.

Milli.Az


Etiketlər:  Telegramda bir sıra yeniliklər tətbiq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ