Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2022 17:45
Rusiyada populyarlaşan bloger Hüseyn Həsənovla "Park Bulvar" ticarət mərkəzində baş tutan görüşdə vətəndaşlara şiddət tətbiq olunub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, həmin anların videosu sosial şəbəkələrdə yayılaraq müzakirə yaradıb.
Görüntülərdə səhnəyə çıxmaq istəyən insanlara bir nəfər tərəfindən kəmərlə zərbələr endirildiyi yer alıb.
OLAY sözügedən hadisə ilə bağlı "Park Bulvar"la əlaqə saxlayıb. Ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı məsələyə aydınlıq gətirib:
"O şəxsi biz tanımırıq. Təşkilatçı şirkətin nümayəndəsidir. Biz də məsələ ilə bağlı onlara müraciət etdik ki, belə bir hadisə baş verib. Onun bizim şirkətin əməkdaşı deyil".
Həmçinin, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən zorakılığı belə şərh edib:
"Bununla bağlı bizə hansısa bir məlumat daxil olmayıb. Bütün hallarda video-görüntülər araşdırılacaq".