Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bloqer Hüseyn Həsənov: ''İnsanlara yox, divara vururdu'' - VİDEO

Bloqer Hüseyn Həsənov: ''İnsanlara yox, divara vururdu'' - VİDEO

Tarix: 17 Aprel 2022 22:18

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov, bu gün Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.

Həmin şəxslə görüşdüyünü bildirən bloqer, deyib: 

"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?".


Etiketlər:  Bloqer Hüseyn Həsənov İnsanlara divara vururdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ