Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazarovun komandasından inamlı qələbə

Nazarovun komandasından inamlı qələbə

Tarix: 17 Aprel 2022 22:40

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
30 oyuna 22 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nazarovun komandasından inamlı qələbə


RƏYLƏR