Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 20:20
"Benfika"nın futbolçusu Qonçalo Ramos Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin "Liverpul"la cavab oyununda (3:3) fərqlənməklə, bu turnirdə "siftə" edib.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində qol vuran 100-cü portuqaliyalı futbolçu olub.
Portuqaliya bununla 100 və daha çox oyunçusu ÇL-də fərqlənən 7-ci ölkə olub. Bu baxımdan siyahıya Braziliya başçılıq edir. Cənubi Amerika ölkəsinin indiyə qədər 227 futbolçusu Çempionlar Liqasında rəqib qapısına yol tapıb.
Ətraflı
1. Braziliya - 227 futbolçu
Bombardiri: Neymar - 41 qol
2. Fransa - 204
Bombardiri: Kərim Benzema - 83
3. İspaniya - 167
Bombardiri: Raul Qonzales - 71
4. Almaniya - 143
Bombardiri: Tomas Müller - 52
5. İtaliya - 112
Bombardiri: Filippo İnzagi - 46
6. Niderland - 110
Bombardiri: Rud van Nistelroy - 56
7. Portuqaliya - 100
Bombardiri: Kriştiano Ronaldo - 140