Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 22:24
BMT-nin baş katibi Antonio Quterreş Rusiya Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
O, Quterreşin bu cür cəhdlər edib-etmədiyi barədə suala lakonik cavab verib: "Bəli". Dujarrik əlavə məlumat verməyib.
"Qalanları aydın olmalıdır", - Düjarrik bildirib.