Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 13:24
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağından əldə olunan gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan Sonxeber.net-a bildirilib ki, 2001-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 157 239 mln mln. dollar olub.
Bu ilin ilk 3 ayında isə AÇG yatağından 1 866 mln. dollar gəlir götürülüb.
2007-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 911 mln. dollar, bu ilin ilk 3 ayında isə 359,125 mln. dollar olub.
O cümlədən, bu il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 62,494 mln. dollar təşkil edib.