Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Evdə toyuq qızardanda xatirələr yadıma düşür" - VİDEO

Tarix: 19 Aprel 2022 15:40

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı hüquqşünas Şəfiqə Nağıyeva olub.

Milli.Az bildirir ki, hüquqşünas xalasının ona toyuq qızartması vermədiyini deyib:

"Anam xəstə idi. Ucara xalamgilə getmişdik. Biz orda olarkən qonaq gəldi. Xalam toyuq qızartmışdı. O  vaxt heç bilmirdik ki, toyuq nədir. İyi gəldi, istədim, xalam vermədi. Anam dedi ki, heç olmasa qanadını ver, xalam vermədi ki, qonaq yesin sonra. Ağladım. "Get burdan" - dedi. Anam çarəsizcə məni qucaqladı. 8 yaşım var idi, 2 il sonra anam öldü. İndi hər şey var, ancaq həmin sevinc və xoşbəxtlik yoxdur. Ondan sonra versə də, yemədim, anam qoymadı. Sonralar xalam xəstə oldu, mən baxdım. Onunçün hər şey etdim. İndi o hadisəni yaddaşımdan silə bilmirəm. Evdə toyuq qızardanda kövrəlirəm. Gəlinim bişirib göndərəndə və ya restoranda yeyirəm. Amma evdə bişirəndə əsəb keçirirəm. Xatirələr yadıma düşür".

Milli.Az


Etiketlər:  Evdə toyuq qızardanda xatirələr yadıma düşür VİDEO


RƏYLƏR