Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 19:00
Dövlət Gömrük Komitəsi onlayn ticarətə nəzarəti gücləndirib. Bu isə öz növbəsində onlayn şifarişlər vasitəsilə ölkəyə daxil olan poçt bağlamalarının sahiblərinə çatdırılmasında gecikmələrə səbəb olur. Dövlət Gömrük Komitəsinin rəsmisi "Xəzər Xəbər"ə açıqlamasında onlayn sifarişlərə nəzarətin gücləndirilməsinin çox ciddi səbəblərinin olduğunu açıqlayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələr müşahidə olunur. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Xəzər Xəbərə bildirilib ki, aparılan təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.
Natiq Axundov bildirib ki, xaricdən bağlama sifariş edənlərə tövsiyyə edilir ki, bəyannaməni düzgün formada həyata keçirsinlər. Çünki məhz bu amil onlayn yolla göndərilən bağlamaların dərindən yoxlanılması prosesində gecikmələrə səbəb olur.
Komitə rəsmisi fakt da göstərərək bildirib ki, xaricdən göndərilən ''poçt göndərişləri'' ilə azərbaycana narkotik vasitə keçirmək cəhdləri olub. Ancaq dövlət gömrük komitəsinin əməkdaşları bunun qarşısını alıblar.