Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur yazıçının oğlu 10 aylıq körpəsinə narkotik vurub öldürdü

Məşhur yazıçının oğlu 10 aylıq körpəsinə narkotik vurub öldürdü

Tarix: 19 Aprel 2022 20:00

Məşhur amerikalı yazıçı Pol Osterin oğlu Daniyel 10 aylıq qızı Rubini öldürməkdə təqsirli bilinərək həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, noyabrın 1-də Bruklindəki evlərində körpəyə baxan Daniyel polisə zəng vurub. Rubi tibb işçiləri tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb.

Ekspertiza zamanı Rubinin fentanil və heroini həddindən artıq qəbul etdiyi ortaya çıxıb. Onun narkotikə necə aludə olduğu hələlik məlum deyil. Daha əvvəl narkotikə görə saxlanılan Daniyel qəsdən insan öldürməkdə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

P.Oster məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Milli.Az


Etiketlər:  Məşhur yazıçının oğlu aylıq körpəsinə narkotik vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ