Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sənətçilərin 50 il Rusiyaya girişi qadağan edildi

Bu sənətçilərin 50 il Rusiyaya girişi qadağan edildi

Tarix: 20 Aprel 2022 23:12

Rusiya hökuməti Svetlana Lobodanın, Aleksey Potapenko və Anastasi Kamenskinin (Potap və Nastya), həmçinin Andrey Danilkonun (Verka Serdyuçka) Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nəşri yazıb.

Nəşrin dərc etdiyi və yaxın yarım əsrdə Rusiyaya buraxılmayacaq ukraynalı rəssamlar, jurnalistlər və mədəniyyət işçilərinin siyahısına teleaparıcılar Dmitri Komarov və Nikolay Serqa, "Okean Elzy" qrupunun lideri Svyatoslav Vakarçuk, aktrisa Mila Savitskaya və başqaları da daxildir. 

Ehtimal olunur ki, qadağaya səbəb kimi Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın adıçəkilən sənətçilər tərəfindən tənqid edilməsi göstərilir. 


Etiketlər:  sənətçilərin Rusiyaya girişi qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ