Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 14:50
Latviya səfiri M. Riekstins, Estoniya səfiri M. Laidre və Litvanın müvəqqəti işlər vəkili V. Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın Klaypeda, Liepaja, Dauqavpils, Narvadakı baş konsulluqlarının və Rusiyanın Estoniyadakı (Tartu) səfirliyinin Konsulluq şöbəsinin ofisinin bağlanması ilə bağlı qeyri-dost hərəkətləri ilə əlaqədar diplomatik nümayəndəliklərin rəhbərlərinə kəskin etiraz edilib", - bildirilib.
Rusiya XİN-in məlumatında vurğulanıb ki, qarşılıqlılıq prinsipi əsasında, həmçinin bu ölkələrin Ukraynaya dəstəyinə görə XİN Latviyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı Konsulluğunun, Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı ofisinin, Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti ilə bağlı razılığı geri götürür: "Adıçəkilən Estoniya və Latviya konsulluqların rəhbərləri və digər vəzifəli şəxslər "persona non qrata" elan edilir, konsulluq işçiləri və adları çəkilən qurumların Rusiya Federasiyasının vətəndaşı olmayan inzibati-texniki heyəti ölkədə qəbul edilmir".
Rusiya XİN bəyan edib ki, bu şəxslər Rusiya konsulluqlarının əməkdaşlarının bu ölkələrdən getməsi üçün nəzərdə tutulmuş müddət ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.