Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 17:24
Məşhur keniyalı atlet Damaris Muti Mutua dünyasını dəyişib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 28 yaşlı qadın sprinterin ölümündə sevgilisi günahkar bilinib.
Hazırda qatilin axtarışı davam etdirilir. Onun ölkəsi Efiopiyaya qaçdığı ehtimal olunur.
Daha əvvəl Keniyada atlet Aqnes Tiropu həyat yoldaşı öldürüb. Damaris Muti Mutua 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qalib olub. O, son dönəmlərdə Bəhreyn millisində çıxış edib.