Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 22:26
Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris klubunda qalmasını istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Marsel" azarkeşi olan Makron "Quotidien"ə müsahibəsində bildirib ki, 23 yaşlı hücumçu PSJ-dən ayrılsa belə, Fransa çempionatını tərk etməməlidir:
"Təəssüf ki, Kilian Mbappenin "Marsel"ə keçmə variantı nəzərdən keçirilmir. Buna hazır olsaydı, nəsə etməyə çalışardım, amma bundan çox tez imtina etdi.
Mbappenin Fransa çempionatında qalması üçün mübarizə aparmalıyıq. Çünki o, inanılmaz oyunçudur".
Mbappe və Makronun 2018-ci ildə "Yelisey" sarayındak görüşlərindən bəri daim əlaqə saxladıqları bildirilir.
Xatırladaq ki, fransalı hücumçunun "Real"la danışıq apardığı haqda xəbərlər yayılıb.