Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 07:34
Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.
Sonxeber.net xəbər verir ki, bu barədə "qafqazinfo"ya onun qohumu Esmira Qasımova məlumat verib.
O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb:
"Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb".
E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.