Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 19:06
"Qalatasaray"da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.
Sonxeber.net apasport-a istinadən xəbər verir ki, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkilərin keçirilməsini qərara alıb.
"Sarı-qırmızılılar"ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.
Qeyd edək ki, hazırda "Qalatasaray"a Burak Elmas rəhbərlik edir.