Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanın vurulan təyyarələrinin və PUA-larının sayını açıqladı

Rusiya Ukraynanın vurulan təyyarələrinin və PUA-larının sayını açıqladı

Tarix: 23 Aprel 2022 08:24

"Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zamanı 140 Ukrayna təyyarəsi və 523 pilotsuz uçan aparatı məhv edib".

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 140 təyyarə, 107 helikopter, 523 pilotsuz uçuş aparatı, 258 zenit-raket kompleksi, 2458 tank və digər zirehli döyüş texnikası, 272 reaktiv yaylım atəşi sistemi, 1069 səhra artilleriya silahı və minaatan, o cümlədən 2305 ədəd xüsusi təyinatlı hərbi maşın", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanın vurulan təyyarələrinin PUA larının sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ