Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 14:14
Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bildiriş Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış komplekslərindən birindəki sakinlərə göndərilib.
Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.
Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: