Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 14:50
Rusiya Ukraynadakı hədəflərə "Kalibr" raket hücumları həyata keçirmək üçün ən azı dörd sualtı qayıqdan istifadə edir.
Sonxeber.net bildirir ki, bu haqda hərbi-dəniz ekspertləri G.I. Satton və Benjamin Pittet The Times-a şərh veriblər.
Ən azı dörd Rusiya Project 877 "Paltus" sualtı qayığı Qara dənizdə yerləşir və onlardan Ukraynanın arxa cəbhəsindəki uzaq hədəflərə raket hücumları həyata keçirilir.
Raketlər 50 metrə qədər dərinlikdən buraxılır ki, bu da raket buraxılışlarının radarlar və peyklər tərəfindən effektiv aşkarlanmasına mane olur.
Satton və Pittet iddia edir ki, ruslar Ukrayna Sahil Mühafizəsinin əks-hücum riskindən qaçmaq üçün "Moskva" kreyserinin qəzaya uğramasından sonra sualtı qayıqlardan daha tez-tez istifadə etməyə başlayıblar.
Onların fikrincə, dəniz limanlarında Rusiya sualtı qayıqlarına "Kalibr" raketləri və döyüş başlıqlarının yüklənməsi ilə bağlı açıq məlumat mənbələrində məlumatların olması səbəbindən Ukraynanın arxa cəbhəsindəki hədəflərə qarşı sualtı qayıqlardan raket buraxılışlarını təsdiqləmək üçün tutarlı səbəblər var.
Satton: "Biz onları su altında görmürük (peyklərdən - red.), lakin limanlarda onların raket və döyüş başlıqları ilə necə yükləndiyini görə bilərik.
Hücumdan bir müddət əvvəl biz açıq məlumatlardan sualtı qayıqlara raketlərin necə yükləndiyini gördük. Hücum başlayandan sonra da raket yüklənməsi davam etdi".
Bu sualtı qayıqlar "Kalibr" raketlərini buraxmağa qadirdir. Bu raketlər 2500 kilometrə qədər məsafədəki hədəflərə uça bilir, yəni Qara dənizdən Ukraynanın bütün regionlarına çata bilir.
Bundan əlavə, Satton əlavə edib ki, Rusiya hərbi gəmiləri Ukrayna qüvvələrinin gəmi əleyhinə raketlərinin hədəfinə düşməmək üçün Ukrayna sahillərində daha diqqətli davranmağa başlayıblar.
Aslan Məmmədov