Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA "Qəbələ"nin pulunu kəsdi

AFFA

Tarix: 23 Aprel 2022 18:18

Son vaxtlar uğursuz çıxış edən "Qəbələ" növbəti zərbəni AFFA-dan alıb.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, federasiya əyalət klubuna ayırdığı maliyyəni gözlənilmədən dayandırıb.

Qurum artıq 2 aydır ki, bölgə təmsilçisinə 1 manat vəsait ödəmir. "Qəbələ" rəhbərliyi bununla bağlı bir neçə dəfə AFFA-ya müraciət etsə də, qarşı tərəfdən heç bir tutarlı cavab ala bilməyib.

"Ağ-qırmızılar" ötən mövsümdən etibarən AFFA-nın himayəsi altındadır. Federasiya ilk ildə onlara 1,5 milyon manat xərc çəkib. Cari sezonda bu məbləğ bir qədər artrılıb.

AFFA "Qəbələ"nin əvəzedici komandasının I Divizionda iştirakını təmin eləmək, həmçinin akademiyanın normal fəaliyyətə dönməsi üçün yardım paketini genişləndirib.

İndi isə vəziyyət qeyri-müəyyən səbəbdən dəyişib və hələ nə qədər belə davam edəcəyi bilinmir. Təbii ki, yaranmış situasiya klubun ümumi durumuna böyük mənfi zərbə vurur.

Milli.Az


Etiketlər:  AFFA Qəbələnin pulunu kəsdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ