Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 19:36
Son zamanlar alimlər ortaya çıxarıb ki, E vitamin orqanizmdə xərçəng hüceyrlərinin yaranmasını əngəlləyir.
Medicina.az xəbər verir ki, digər vitaminlər kimi, E vitamini də tək bir tərkibə malik deyil. E vitamininin tərkibinə 8 komponent daxildir. Məhz bu 8 komponent vitaminin xüsusiyyətlərini müəyyən edir.
Müəyyən edilib ki, E vitamininin tərkibində olan qamma prostat xərçəngi hüceyrələrinin bölünməsinin qarşısını alır.
Sintez olunmuş E vitamini tərkib etibarilə təbii vitaminin demək olar ki, eynisidir. Onlar eyni kimyəvi tərkibə, yəni eyni karbohidrat, hidrogen və oksigen atomuna malikdir.
Yeganə fərq atomların düzülüşüdür. Bu isə vitaminin sözügedən effektini vermir.
Bütün bu deyilənlər yalnız E vitamininə deyil, həm də antioksidanlatlara və D vitamininə də aiddir.
Ona görə də çalışmaq lazımdır ki, qida rasionuna bu maddələrin təbii halda olanı daxil edilsin.