Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO)

Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO)

Tarix: 13 Sentyabr 2019 18:32

Bakı. Samir Əli - Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bölmə əməkdaşları tərəfindən rayon ərazisindəki köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə təhsil ocaqlarının qarşısında da yeni zolaqlar salınıb.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO) Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb (FOTO)


Etiketlər:  Dərs ili ilə əlaqədar Xaçmaz polisi tədbirlərı başlayıb FOTO


RƏYLƏR