Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Pərvin Abıyeva TikTok-da 35 min dollar görməyib" - VİDEO

Tarix: 25 Aprel 2022 15:20

Aktyor Elzan Rəsulov sənət adamlarının TikTok sosial şəbəkəsindən qazandığı pullardan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Səhər mərkəzi" verilişində artıq sosial şəbəkəyə girmədiyini söyləyib:

"Məni izləyən bilir ki, 2 aydır orada oynamıram. TikTok-da yarışan ilk məşhur mən olmuşam".

Elcan aktrisa Pərvin Abıyevanın TikTok-dan 35 min dollar qazanması məsələsinə toxunub:

"Əslində orada bu cür deyil. Pərvin Abıyeva da orada real 35 min dollar görməyib. Rəqəm hesabı ilə görür. Qazandığının hamısı sənə qala bilməz. Orada xərcləməlisən də. Tam yarısını ora geri dönüş etməlisən. Qazandım, götürdüm kimi bir şey yoxdur". 

Qeyd edək ki, Pərvin Abıyeva TikTok-dan ilk ay 35 min dollar qazandığını açıqlayıb. 

Milli.Az


Etiketlər:  Pərvin Abıyeva TikTok da 35 min dollar görməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ