Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 18:40
Əməkdar artist Sevda Ələkbərzadə Xalq artisti Brilliant Dadaşovanın müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi "Deməsəm olmaz" proqramında qonaq olarkən Dadaşovanın "Gənclərimizin bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar",- fikirləri ilə razılaşmayıb.
"Brilliant xanımın şəxsi fikridir. Muğamı mərsiyə kimi oxuyanlar da var. Lakin onlar ifanı belə sevir. Bu o demək deyil ki, qeyri-peşəkardırlar. O qədər gözəl ifaçılar, xanəndələr tanıyıram".