Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 19:32
Türkiyəli aparıcı Ece Erken güllələnərək öldürülən həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun mirasından imtina edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə Erken özü sosial şəbəkədə məlumat yayıb.
"Həyat yoldaşımı çox sevirdim və onu ehtiramla yad edirəm. Amma istəmirəm ki, onu illərdir gəlir qapısı kimi görən, hələ də belə olan pis insanlarla adımı hallandırsınlar. Biz bir-birimizə könüldən bağlıydıq, elə də qalacağıq. Mirası rədd edirəm. Hər kəsə sevgi və sayğılarımla",- deyə Ece bildirib.