Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya 322 milyon dollardan çox hərbi yardım edəcək

ABŞ Ukraynaya 322 milyon dollardan çox hərbi yardım edəcək

Tarix: 25 Aprel 2022 23:28

ABŞ Ukraynaya 322 milyon dollardan çox əlavə hərbi yardım göstərmək niyyətindədir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfərinin yekunlarına dair rəsmi bəyanatda deyilir.

"Katib Blinken Prezident Zelenskiyə məlumat verdi ki, Birləşmiş Ştatlar Ukraynaya, Alyansın Mərkəzi və Şərqi Avropa və Balkanlardakı digər 15 müttəfiqi və tərəfdaşına 713 milyon dollardan çox xarici hərbi maliyyə vermək niyyətindədir. 322 milyon dollardan çox vəsait Ukrayna üçün nəzərdə tutulub", - Dövlət Departamentindən bildiriblər.

Departament qeyd edib ki, vəsait Donbassda Rusiya ordusu ilə qarşılaşmaq üçün lazım olan Ukrayna hərbi potensialına dəstək verəcək, Ukrayna Silahlı Qüvvələrinə silah və hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə kömək edəcək.

Qeyd edilib ki, fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ABŞ Ukraynaya təhlükəsizlik məqsədilə təxminən 3,7 milyard dollar yardım edib. Ümumilikdə Bayden administrasiyası hakimiyyətə gələndən bəri Ukrayna ABŞ-dan 4,3 milyard dollardan çox vəsait alıb.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynaya milyon dollardan çox hərbi yardım edəcək


RƏYLƏR