Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donbass, Xarkov və Xerson atəş altında - Ukraynada son vəziyyət

Donbass, Xarkov və Xerson atəş altında - Ukraynada son vəziyyət

Tarix: 27 Aprel 2022 11:14

Aprelin 27-nə keçən gecə rus əsgərləri Dnepropetrovsk vilayətini atəşə tutub, bir nəfər yaralanıb, Xarkov, Luqansk, Donetsk və Xerson vilayətləri də atəşə tutulub.

Milli.Az bildirir ki, bu haqda 27 aprel səhərinə olan regional hərbi idarələrin məlumatlarında deyilir.

Gecə Volın, Zakarpat, Rovno, İvano-Frankovsk, Xmelnitski, Çernivtsi, Lvov, Odessa, Nikolayev, Zaporojye, Vinnitsa, Ternopol, Kiyev, Jitomir, Kirovohrad, Çerkass, Poltava, Sumı və Çerniqov vilayətlərində nisbətən sakit keçib.

Poltava vilayətində səhərə qədər hava həyəcan siqnalları səslənib, lakin partlayışlarla bağlı məlumat təsdiqini tapmayıb.

Dnepropetrovsk vilayətində Xerson vilayəti ilə həmsərhəd olan Zelenodolsk icması gecə saatlarında atəşə tutulub. Zelenodolskda enerji infrastrukturu müəssisəsi vurulub. Bir nəfər yaralanıb. Ümumilikdə icmada bir neçə yaşayış məntəqəsi - Zelenodolsk özü, Maryanskoye və Bolşaya Kostromka kəndləri atəşə tutulub. Kəndlərdə, ilkin məlumatlara görə, itki yoxdur.

Xarkovda gecə saatlarında atəş davam edib, Kiyev vilayətində çoxmərtəbəli yaşayış binalarında bir neçə yanğın baş verib. Səhər saatlarına olan məlumata görə, itkilər barədə məlumat yoxdur. Gün ərzində rayonda Zoloçev, Derqaçi, Çuquyev atəşə tutulub. İzyum istiqamətində döyüşlər gedir.

Luqansk vilayəti: bölgənin demək olar ki, bütün ərazisi atəşə məruz qalıb. Ən çox Rubejnoye və Lisiçansk. Lisiçanskda bomba sığınacağında 23 nəfərin olduğu məktəb atəşə tutulub, itki yoxdur. Gün ərzində 3 dinc sakin ölüb.

Donetsk vilayətində bütün xətt boyu aktiv döyüş əməliyyatları davam edib. Avdeyevka raket artilleriyasından atəşə tutulub, hava hücumları da olub. Svetlodarsk (Zaytsevo ərazisi) kaset sursatları ilə atəşə tutulub. Mariyinka, Krasnoqorovka, Uqledar, Liman bütün gecə artilleriya atəşinə məruz qaldı. Mariupol - dəyişiklik yoxdur. "Azovstal" amansızcasına bombalansa da, təslim olmayıb.

Xerson vilayətində qonşu rayonlarla (Vısokopolskaya, Velykoaleksandrovskaya, Novvorontsovskaya, Stanislavskaya) həmsərhəd yaşayış məntəqələrində döyüşlər davam edir. Partlayışlar və mərmilər demək olar ki, bütün bölgəni əhatə edir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Donbass Xarkov Xerson atəş altında Ukraynada vəziyyət


RƏYLƏR