Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb

Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb

Tarix: 27 Aprel 2022 22:08

https://report.az/region-xeberleri/zelenskinin-bmt-nin-bas-katibi-ile-gorusu-baslayib/

Kiyevdə səfərdə olan BMT baş katibi Antoniu Quterreşin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü başlayıb.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Hazırda onlar arasında görüş keçirilir. Düşünürəm ki, biz BMT rəhbərindən Ukraynaya güclü dəstək alacağıq", - Podolyak deyib.

Qeyd edək ki, bundan əvvəl Quterreş Rusiyada səfərdə olub. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün birgə qrup yaratmağı təklif edib.

Milli.Az


Etiketlər:  Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ