Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 22:52
İtaliya "Latsio"sunun baş məşqçisi Mauritsio Sarri ilə klubun prezidenti Klaudio Lotito ilə mübahisə edib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, insident Roma təmsilçisinin evdə "Milan"a 1:2 hesabı ilə uduzduğu A Seriyasının XXXIV tur matçından sonra baş verib.
Paytaxt təmsilçisinin son dəqiqələrdə buraxılan qolla məğlub olması funksioneri narazı salıb. O, 63 yaşlı mütəxəssisə "Gördün "Milan" necə oynayır, uzun ötürmələrə qadağa qoyulmayıb" deyib. Sarri isə Lotitonun tənqidinə bu cür cavab verib: "Bu, mənim oyun fəlsəfəmdir. Xoşuna gəlmirsə, Stefano Piolini ("Milan"ın hazırkı, "Latsio"nun sabiq baş məşqçisi - E.S) geri qaytar"!
Qeyd edək ki, "Latsio" 56 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.