Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz sənətçinin “Barbie” obrazında ilk şəkli yayımlandı - FOTO

Ulduz sənətçinin “Barbie” obrazında ilk şəkli yayımlandı - FOTO

Tarix: 28 Aprel 2022 11:36

"Warner Bros." studiyası Hollivud ulduzu Margo Robbinin "Barbie" kuklası obrazında ilk fotosunu yayımlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa Greta Gervigin "Barbie" filmində məşhur oyuncağı oynayacaq.

Təsvir Las-Veqasda "CinemaCon"un bir hissəsi kimi göstərilib. Fotoda 31 yaşlı aktrisa çəhrayı "Chevrolet Corvette" idman avtomobilində poza verib.

Qeyd edək ki, "Sony" 2014-cü ildən, müəllif hüquqları sahibi "Mattel" ilə müqavilə elan edildikdən sonra "Barbie" layihəsi üzərində işləyir. Əvvəlcə filmdə baş rolu Emi Şumer oynamalı idi, lakin sonda aktrisa iş qrafiki ilə bağlı çətinliklərə görə çəkilişlərdən imtina etdi.

"Barbie" filminin premyerası 2023-cü il iyulun 21-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Ulduz sənətçinin Barbie obrazında ilk şəkli yayımlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ