Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 14:32
Rusiyanın Qara dənizdə yerləşən donanmasına məxsus gəmilərin itkisinə baxmayaraq, Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək imkanını saxlayır.
Sonxeber.net "European Truth"ə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir. Qeyd olunur ki, hazırda Qara dəniz əməliyyat zonasında Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar var. Bosfor boğazı Türkiyəyə aid olmayan bütün hərbi gəmilər üçün bağlı olaraq qalır və Rusiya Qara dənizdə itirilmiş "Moskva" kreyserini əvəz edə bilmir.
"Saratov desant gəmisinin və "Moskva" kreyserinin biabırçı şəkildə itkisinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır", - mesajda deyilir.
Anar Əli