Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 15:56
Azərbaycan özünü bütün növ ət və ət məhsulları ilə 84.5, faiz bitki yağları ilə 34.8 faiz, tərəvəz məhsulları ilə isə 110.4 faiz təmin edir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı məlumatda əksini tapıb. Belə ki, mərkəz tərəfindən bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi araşdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov deyir ki, ölkədə bu göstəricilərdə ən yüksək rəqəmlər qoz, fındıq, nar, giləmeyvə və pomidor məhsulları üzrə müşahidə olunub. Sözügedən məhsullarla Azərbaycan özünü 112 -138 faiz təmin edir.
Rəşad Hüseynovun sözlərinə görə, ölkənin özünü təminetmə səviyyəsini artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə 50 min hektar dənli bitkilər əkilib. Belə sahələr artırıla da bilər.
İqtisadçı ekspert Xalid Kərimlinin qənaətincə, açıqlanan rəqəmlərin bazara təsir etmək ehtimalı azdır. Yəni bu göstəricilərə görə, həmin məhsulların qiymətlərinin azalması gözlənilmir.
Ekspertin fikrincə daşıma xərclərinin artması belə bahalaşmaya səbəb ola olan amillərdir.