Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazir Vidadi Babanlının evinə getdi

Nazir Vidadi Babanlının evinə getdi

Tarix: 28 Aprel 2022 23:22

Aprelin 28-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.

Nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə 8 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya "Şərəf" ordeni təqdim olunub.

Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda nazir Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.

Milli.Az


Etiketlər:  Nazir Vidadi Babanlının evinə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ