Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan gələn qazı azaltmaq üçün Berlin hovuzlarında su soyudulacaq

Rusiyadan gələn qazı azaltmaq üçün Berlin hovuzlarında su soyudulacaq

Tarix: 29 Aprel 2022 09:30

Berlin hovuzlarında Rusiyadan qaz asılılığını azaltmaq üçün suyun temperaturu aşağı salınacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Berlinin əksər hovuzlarında suyun temperaturunun bir-iki dərəcə azaldılacağı bildirilir. Berlin hovuz operatoru "Berliner Bäderbetriebe" (BBB) şirkətinin ​​rəhbəri Yohannes Klyaynsorq bunun siyasi təşəbbüs olmadığını açıqlayıb.

"Biz Rusiyanın təbii qaz tədarükündən asılılığı azaltmaq istiqamətində öz qatqımızı vermək istəyirik", - deyə Klyaynsorq qeyd edib.

Onun sözlərinə görə, hovuzlara gələnlər suyun temperaturunun aşağı düşdüyünü, demək olar ki, hiss etməyəcəklər. Qapalı hovuzlarda fərq bir dərəcə olacaq, qalıq enerji mənbələrindən istifadə edilərək isitmənin həyata keçirildiyi yay hovuzlarında isə su iki dərəcə soyuyacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Almaniya hökuməti Ukraynaya silah tədarükü və enerji daşıyıcılarının bahalaşması nəticəsində yaranan iqtisadi problemlərin nəticələrini yumşaltmaq üçün təxminən 40 milyard avro məbləğində kredit götürmək niyyətindədir.

Milli.Az


Etiketlər:  Rusiyadan gələn qazı azaltmaq üçün Berlin hovuzlarında su soyudulacaq


RƏYLƏR