Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ilə Putin nə vaxt görüşəcəklər?

Zelenski ilə Putin nə vaxt görüşəcəklər?

Tarix: 29 Aprel 2022 14:40

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Türkiyə tərəfinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin gözlənilən görüşü ilə bağlı bəyanatını şərh edib.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, o hesab edir ki, bu cür danışıqların vaxtı deyil.

"Mən görmürəm ki, bu gün Türkiyənin dediyi kimi, sabah və ya o biri gün görüş ola bilər... Təəssüf ki, bir az gözləmək lazımdır. İki prezidentin danışıqları üçün hələ vaxt gəlməyib. Bəlkə bir az vaxt keçdikdən sonra danışıqlar baş tuta bilər", - Podolyak bildirib.

Eyni zamanda o, Ukrayna və Rusiya tərəflərinin üzərində işlədiyi sənədin müharibədən çıxmaq məntiqini ehtiva etməli olduğuna diqqət çəkib.

"Ukraynanın hər yerində atəşkəs, rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması, əsirlərin dəyişdirilməsi... Yəni ölkələrin müharibədən necə çıxacağı ilə bağlı bütün məqamlar olmalıdır. Aydındır ki, biz bundan sonra heç nə etməyəcəyik. Aydındır ki, artıq bizim hansısa "dostluq və sülh müqavilə"miz olmayacaq. Ancaq Rusiya üçün qırmızı xətlər olan mövqeləri düzəltmək lazımdır ki, bu ölkə bir daha Ukrayna ərazisinə girə bilməsin", - Podolyak deyib.

Aslan Məmmədov


Etiketlər:  Zelenski ilə Putin vaxt görüşəcəklər


RƏYLƏR