Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Efirə çıxdığım üçün qırğın oldu'' - VİDEO

''Efirə çıxdığım üçün qırğın oldu'' - VİDEO

Tarix: 29 Aprel 2022 18:20

"İlk dəfə Cavanşir Quliyev mahnı yazmışdı, efirdə oxumuşdum. Evdə böyük qırğın olmuşdu ki, qızımız efirə çıxıb. Qadağalar başladı...".

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu fikirləri Xalq artisti Zülfiyyə Xanbabayeva qonaq olduğu "Görüş yeri" proqramında deyib.

Müğənni valideynlərinin efirə qoyduğu qadağalardan söz açıb:

"Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı istəmirdilər. Deyirdim ki, səhnənin özündə olmasam da, arxada olum. Yalvardım, axırda incəsənət institutuna daxil olmağa imkan verdilər. Rejissorluğu oxudum. Gəldim Vaqif Gərayzadənin yanına, müsabiqəyə qatıldım. İlk dəfə Cavanşir Quliyev mahnı yazmışdı, efirdə oxumuşdum. Bunun üstündə evdə böyük qırğın olmuşdu ki, qızımız efirə çıxıb. Bundan sonra evdəkilərin mənə qarşı qadağaları başladı... Gizlin qatıldım müsabiqəyə. Başqa müsabiqələrə gah qatıldım, gah qoymadılar. Amma böyük fasilədən sonra qayıtdım səhnəyə. Valideynlərimə dedim ki, başınızı aşağı etməyəcəm. Mənimlə fəxr edəcəksiniz. Xəyallarla, arzularla yaşaya bilərəm, amma arzularımla yox. Çətinliklə də olsa, bunu bacardım".

Z.Xanbabayeva evində azad olduğunu vurğulayıb:

"Fərqinə belə varmır. Bunu özüm etdim. Ailəmdə çox göstərmirəm ki, müğənniyəm. Mənim qalam evimdir, nə istəyirəm edirəm. Orada azadam. Bir dəfə məktəbdən onları incəsənət universitetinə aparıblar. Divarda mənim şəklim asılıb, deyiblər, qızı buradadır. O da qaçıb gedib. Zamanla başa düşəcək" .


Etiketlər:  Efirə çıxdığım üçün qırğın oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ