Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 22:42
Futbol üzrə Moldova Milli Divizionunda 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, "Şerif" klubu 20-ci dəfə ölkə çempionluğunu qazanıb.
Tiraspol təmsilçisi buna XXVI turda səfərdə "Dinamo-Avto"nu 3:0 hesabı ilə məğlub etməklə nail olub.
Bu qələbədən sonra xallarını 66-ya çatdıran komanda sona 2 tur qalmış ən yaxın izləyicisi "Petrokub"u 10 xal qabaqlayır.
Qeyd edək ki, bu, "Şerif"in tarixində 20-ci ölkə çempionluğu olub.