Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 15:56
Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Qol.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.
Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq.