Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emrelinin durumu necədir?

Mahir Emrelinin durumu necədir?

Tarix: 30 Aprel 2022 23:54

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Xorvatiya çempionatının 33-cü turunda  "Lokomotiva" ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçusu Mahir Emrelinin son durumu haqda danışıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, çiynindən problemi olan millimizin üzvünün Zaqreb derbisində oynayıb-oynamayacağının dəqiqləşmədiyini deyib: "Emrelinin vəziyyətinə baxacağıq. Son məşqdən sonra kimlərin start heyətdə yer alacağı bilinəcək. Futbolçular çalışırlar".

Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiva" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.


Etiketlər:  Mahir Emrelinin durumu necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ