Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftçalada əkin sahələri susuzluqdan yanır - VİDEO

Neftçalada əkin sahələri susuzluqdan yanır - VİDEO

Tarix: 1 May 2022 15:38

Kəndli min bir əziyyətlə əkdiyi yonca və taxılı sulamalıdır, ancaq təəssüf ki, su tapmır. Hazırda bu problemlə üz-üzə qalan Neftçalanın Beştəli kəndinin camaatıdır. Sakinlər iddia edirlər ki, bu günə qədər aidiyyəti üzrə dəfələrlə müraciət ediblər. Lakin nə bir cavab var, nə də bir hərəkət. Sahələr isə susuzluqdan yanır.

Beş kəndin əkin sahələri susuz qalıb. Söhbət Neftçalanın Beştəli  kəndindən gedir. Nasoslar işləmədiyindən həm Beştəli ,həm də ətraf kəndlərin əkin sahələri susuz qalıb. 

Sakinlərin  sözlərinə görə hazırda yonca və taxıl sahələrinin suvarılma vaxtdır.Amma su olmadığı üçün əkinləri qurumaq üzrədir.

Kənd sakinlərinin sözlərinə  görə  onlara bildirilib ki, Kürün suyunun şorlaşması səbəbindən nasoslar sondürülüb.Amma Kürün o, tayında bütün nasoslar işləyir. Onlar  aidiyyətı üzrə dəfələrlə müraciət etsələr də bu günə qədər şikayətlərinə baxan olmadığını bildirirlər.

Məsələ ilə bağlı Netçala icra hakimiyyətinin başçısının  müavini Bürcəli  Ağayev   bildirdi ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən  dənizin suyu   41 kilometr irəliləyib. Nəticədə kür çayı boyu 22 yaşayış məntəqəsində  əhalinin  su təlabatının ödənilməsində problemlər  yaranıb.Bu gün  Neftçala rayon   ərazisində 22 su nasosundan yalnız Neftçala maqistral su kanalından Xol zonasına suyun verilməsi təmin edilib.Bundan başqa sösügedən ərazilərə  25 sudaşıyan nəqliyyat vasitələri ilə modul qurğulara su daşınması təmin edilib.Görülən təbdbirlərlə əlaqədar May ayının əvvəllərində Kür çayında  suyun səviyyəsində artımı gözlənilir. Bununlada əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qaldırılacaq.

Milli.Az


Etiketlər:  Neftçalada əkin sahələri susuzluqdan yanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ