Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fidan Axundova döyülməsindən danışdı

Fidan Axundova döyülməsindən danışdı

Tarix: 2 May 2022 03:05

"Məktəbdə qiymətlərim yaxşı olurdu. Amma nizam-intizam baxımından uşaqlıq illərində oğlan kimi çox dəcəl olmuşam. Evdə qayğı çəkən olsam da, döyülən də mən idim".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Aktrisa Fidan Axundova "Onun sirri" verilişində deyib. O, dəfələrlə şiddət gördüyünü etiraf edib:

"Tərs olmuşam, məni vuranda deyirdim ki, nə qədər vuracaqsansa, o qədər də edəcəm. Anam deyir ki, indi əvvəlkindən də tərsəm. Əslində bu yaxşı bir şey deyil. Amma mən döyülməyimin acığına tərslik edirdim. Deyirdim, bir dəfə başa sal, bilim ki, nəyə görə bu olmaz, amma vurulurdum, anam məni həmişə döyürdü. Elə bilirdim ki, sevmir məni, ona görə döyür. Amma anamı o qədər istəyirdim ki, əlini vuran kimi ağrılarım gedirdi".


Etiketlər:  Fidan Axundova döyülməsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ