Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 17:16
Rəsmi Berlin Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün azaldılmasına hazırlaşmaq üçün bir neçə ay lazımdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis deyib.
"Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin neft tədarükü üçün dogər mənbələrin müəyyən edilməsinə bir az vaxt lazımdır", - Kukis bildirib.
O qeyd edib ki, Berlin bir sıra neft şirkətləri, Avropa Komissiyası və Polşa hökuməti ilə danışıqlar aparır:
"Bu proses çətinliklərlə doludur, lakin Almaniya ilin sonundan gec olmayaraq bütün problemləri həll edəcək".