Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biz Ermənistan və Azərbaycan arasında başlayan dialoqu alqışlayırıq"

Tarix: 2 May 2022 22:42

"Biz Ermənistan və Azərbaycan arasında başlayan dialoqu alqışlayırıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə deyib.

"Biz bu yanaşmanı və Baş nazir Nikol Paşinyanın hamımızın istədiyi regionda dayanıqlı sülh istiqamətində addımlarını qiymətləndiririk", - Blinken deyib.

Qeyd edək ki, Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində Ermənistan və ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumu da imzalanıb.

Milli.Az


Etiketlər:  Biz Ermənistan Azərbaycan arasında başlayan dialoqu alqışlayırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ