Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayazlı “Arsenal”dan heç-heçə

Ayazlı “Arsenal”dan heç-heçə

Tarix: 2 May 2022 23:30

Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda "Nijni Novqorod"la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Arsenal" geridə qalan 27 turda 22 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Ayazlı Arsenaldan heç heçə


RƏYLƏR