Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq 29 ölkənin Ukraynadakı səfirliyi işini bərpa edib

Artıq 29 ölkənin Ukraynadakı səfirliyi işini bərpa edib

Tarix: 3 May 2022 08:33

Danimarkanın Ukraynanın paytaxtındakı səfirliyi işini bərpa edir və bu, artıq ölkəmizə qayıdan 29-cu xarici nümayəndəlik olub.

Bu barədə "Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, mayın 2-də Kiyevdə Danimarkanın xarici işlər naziri ilə görüşü olub.

"Biz ikitərəfli münasibətlərimizin bütün məsələlərini, ilk növbədə müdafiə, maliyyə və siyasi əməkdaşlığı müzakirə etdik. Danimarkanın Baş naziri ilə danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsində irəliləyiş görürəm. Minnətdaram. Yaxşı siqnallar aldım", - Zelenski bildirib.

Prezident həmçinin Danimarka hökumətinin başçısı ilə Ukraynanın müharibədən sonra bərpası və Avropaya inteqrasiya proseslərinə dəstək planlarını müzakirə edib.


Etiketlər:  Artıq ölkənin Ukraynadakı səfirliyi işini bərpa edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ