Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndiyədək Ukraynada müharibə nəticəsində 220 uşaq ölüb" - Baş Prokurorluq

Tarix: 3 May 2022 13:16

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 220 uşaq ölüb, 406 uşaq güllə və qəlpə yarası alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 628-a çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Milli.Az


Etiketlər:  İndiyədək Ukraynada müharibə nəticəsində 220 uşaq ölüb Baş Prokurorluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ