Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 13:52
Rusiya Voronej vilayətində 17 tankı və 60 BMP-1-ni anbardan çıxarıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, rus ordusu Ukraynanın şərq bölgəsində hücum əməliyyatları davam etdirir.
Açıqlamada bildirilib ki, Rusiya Ukraynada döyüşən silahlı qüvvələrinin bölmələrində xeyli sayda texnika itkisinin yerinin doldurulması üçün tədbirlər görür. Mövcud məlumata görə, Voronej vilayətinin Boquçar şəhərində 17 və 60 BMP-1 anbardan çıxarılıb. Həmin texnikalar Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərinə göndərilib.
Baş Qərargahdan bildirilib ki, rus qüvvələri Slobojanski istiqamətində Xarkov və yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Eyni zamanda, İzyum istiqamətində Ukrayna qoşunlarının bölmələrini aktiv atəşə tutulub.
Rus ordusunun Donetsk istiqamətində isə əsas səyləri Rubijne və Popasna yaşayış məntəqələri üzərində tam nəzarətin əldə edilməsinə, Liman və Slovyansk yaşayış məntəqələri istiqamətində irəliləməyə yönəlib.
Baş Qərargah bildirib ki, son 24 saat ərzində Donetsk və Luqansk vilayətlərində rus ordusunun 12 hücumu dəf edilib, 6 tank, 5 artilleriya sistemi, 22 ədəd zirehli döyüş maşını və 8 ədəd texnikası məhv edilib.