Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Medvedev: ''Zelenskiyə sülh lazım deyil, çünki bu, onun sonu deməkdir”

Medvedev: ''Zelenskiyə sülh lazım deyil, çünki bu, onun sonu deməkdir”

Tarix: 3 May 2022 15:38

Ukrayna Prezidenti Vladimir Zelenskiyə sülh müqaviləsi lazım deyil, çünki sülh, onun sonu deməkdir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev "Telegram" kanalında yazıb.

"Zelenskiyə heç bir sülh müqaviləsi lazım deyil. Onun üçün sülh sondur: Ya moskvalılarla sövdələşməyə getdiyinə görə nasistlər tərəfindən asılacaq, ya da müharibədə məğlub olan prezident kimi rəqibləri tərəfindən vəzifəsindən uzaqlaşdırılacaq", - Medvedev bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Ukrayna lideri Qərbdən pul və silah istəməyə davam edəcək, həmçinin, xalqın qayğısına qaldığını imitasiya edəcək.


Etiketlər:  Medvedev Zelenskiyə sülh lazım deyil çünki onun sonu deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ