Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Rusiya ilə danışıqların uğuruna şübhə edir

Zelenski Rusiya ilə danışıqların uğuruna şübhə edir

Tarix: 4 May 2022 07:18

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarının uğuruna şübhə edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, "The Wall Street Journal"-ın ev sahibliyi etdiyi icraçı direktorların iclasında video vasitəsilə danışarkən açıqlama verib.

"Bizim danışıqlar prossesindəki nümayəndə heyyətlərimiz öz səviyyəsində qarşılıqlı fəaliyyət göstərirlər. Onlar liderlərin görüşünün hazırlanmasını müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara inanmıram", - deyə Zeelnski bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesində irəliləyişi yalnız Rusiya Prezidenti Vladimir Putinin xüsusi müraciətindən sonra gözləmək olar. "Danışıqları davam etdirmək vacibdir, lakin Rusiya Federasiyasının prezidenti hər hansı rəsmi müraciəti imzalamayana və ya heç bir rəsmi müraciət etməyənə qədər mən bu danışıqlarda heç bir perspektiv görmürəm", - deyə Ukrayna lideri bildirib.

Milli.Az


Etiketlər:  Zelenski Rusiya ilə danışıqların uğuruna şübhə edir


RƏYLƏR